“Sıravi Rayanı xilas etməli” filminin ulduzu, amerikalı aktyor Tom Saymor anevrizma xəstəliyindən dünyasını dəyişib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun meneceri Çarlz Laqo məlumat verib.
“Böyük kədər hissi ilə bildirməliyəm ki, 61 yaşlı aktyor Tomas Edvard Saymor bu gün Burbankdakı Müqəddəs Cozef Xəstəxanasında yuxuda, dinc şəkildə dünyasını dəyişib. Qardaşı Pol və əkiz oğulları Ceyden və Caqqer onun yanında idilər”, - Laqo açıqlamasında bildirib.
Fevralın 18-də insult keçirdikdən sonra beyin anevrizması diaqnozu qoyulan aktyor xəstəxanaya yerləşdirilib.
Fevralın 27-də Saymor komaya girdikdən sonra həkimlər aktyorun ailəsinə onun vəziyyətinin ümidsiz olduğunu bildirib və onu aparatdan ayırmağı təklif ediblər.
Uğurlu aktyor karyerasına əlavə olaraq, Saymor qalmaqalları ilə də məşhur idi. O sevgililərinə qarşı məişət zorakılığına görə ittiham olunub və bir neçə ay əvvəl həbs olunub.