6 Mart 2023 18:56
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi şəhidlərimizin anım günü münasibətilə “Mən burdayam, İlahi!” adlı yeni filmin çəkilişləri başlayıb.

Bu barədə Teleqraf.com-a filmin rejissoru Qulu Əsgərov məlumat verib.

“Süjetdə ağır döyüş səhnələrindən daha çox müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön plana çəkilir”- rejissor bildirib.

Onun sözlərinə görə, ekran əsəri sentyabr ayınının sonunda tamaşaçıların ixtiyarına veriləcək.

Filmin ssenari müəllifi Nicat Dadaşov, təsviri rejissoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur.

Hazırda çəkilişləri davam edən ekran işinin aktyor heyətində Rasim Cəfər, Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alır.

“Cineart” şirkətinin istehsalı olacaq filmin əsas kadrları Bakıda lentə alınır. Filmin texniki dəstəkçisi “Ultra production”dır.

Qeyd edək ki, filmin yaradıcı heyətinin bundan əvvəl istehsal etdiyi “Hasar” filmi 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub.


Müəllif: Nərmin

Oxşar xəbərlər