"Səs Azərbaycan: Doğma nəğmələr"in finalında qonaq qismində çıxış edən "Dərviş band" qrupu Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını fərqli tərzdə ifa edib.
Teleqraf.com xəbər verir ki, ifa tərzi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və qısa zamanda sosial şəbəkələrdə viral olub.
Qrup özünün sosial şəbəkə profilində bildirib ki, "Dünya sənin, dünya mənim" mahnısı 7 aprel tarixində musiqi platformalarında onlayn olacaq.
""Səs Azərbaycan" yarışmasının finalında qonaq qismində çıxışımız uğurla qarşılanıb. "Dünya sənin, dünya mənim" mahnısı 7 aprel tarixində musiqi platformalarında onlayn olacaq.
Odur ki, bizimlə qalın çünki bu son sürpriz deyil".
Qeyd edək ki, sözügedən yarışmanın qalibi Zülfü Əsədzadə olub.