10 Aprel 2023 11:34
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rafiq Əzimov ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri Azər Paşa Nemətovun ölümündən danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Evdə tək olub. Özünü pis hiss edəndə Mahman adlı sürücüsünə zəng edib və vəziyyətinin yaxşı olmadığını deyib. Ondan evə gəlməsini xahiş edib və qapını da açıq qoyub. Sürücüsü deyir, içəri girəndə görüb ki, qonaq otağında yerə yıxılıb.

Ölüm haqdır, amma sənətkarın qəfil bu cür ölümünü gözləmirdik. Onurğasından böyük əməliyyat keçirmişdi. O vəziyyətdə teatra gəlib tamaşalar hazırlayırdı. Allah rəhmət eləsin, ruhu şad olsun".

Qeyd edək ki, Azər Paşa Nemətov 76 yaşında dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər