“Estetik əməliyyatları sevmirəm. Amma eləyənlərə də pis baxmıram, sadəcə hər şey qədərində, həddində gözəldir. Bəzən o qədər pis edirlər ki, qaşlar, gözlər, burunlar... Deyirəm, ilahi, bu qədər dolğu, əməliyyat olarmı?”
Bunu Teleqraf.com-a açıqlamasında Əməkdar artist Leyli Vəliyeva deyib.
“Hərdən mənə də deyirlər ki, Leyli xanım gözünüzün altını, yaxud filan yerə toxunuş edək. Cavabım yox olur. Qorxuram. Bilirəm ki, üzümün ifadəsi itəcək, bunu istəmirəm. Hər qırışım üzümün cizgisidir”.