15 Aprel 2023 23:34
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Kinematoqrafın peşəkar və yaradıcı ictimai təşkilatlarının Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinoaktyorlar Gildiyasının rəhbərləri və səlahiyyətli nümayəndələri tərəfindən Koordinasiya Şurasının fəaliyyət istiqamətlərini, formalarını və mexanizmlərini müəyyənləşdirən niyyət protokolu imzalanıb.

Görüşdə təşkilatı məsələlər və Koordinasiya Şurası üzvlərinin milli kinomuzun təbliği ilə bağlı ilk birgə lahiyəsi də müzakirə olunub.


Müəllif: Nərmin

Oxşar xəbərlər