"Vətən müharibəsi ilə bağlı serial barədə heç bir məlumatım yoxdur. Başa düşdüyüm qədər onu Mehmet Bozdağla birgə həyata keçirəcəksiniz. Mehmetin öz şirkəti var. Amma Türkiyəyə dönəndə Mehmetə zəng edəcəm və bu layihənin gedişatı barədə soruşub, sizin Mədəniyyət Nazirliyinə məlumat verəcəm".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Erkin Yılmaz "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda Azərbaycan və Türkiyə işbirliyi ilə nəticəsində ərsəyə gəlməli olan Vətən müharibəsi ilə bağlı serialın taleyi ilə barədə ona ünvanlanan suala cavab olaraq deyib.
O Azərbaycan kinematoqrafçılarını türk prodüserlərlə işbirliyinə səsləyib.
Türkiyə kinosunun uğurlarından danışan Erkin Yılmaz kino siyasəti təcrübələrini forum iştirakçıları ilə bölüşüb.