"Təyinatımla bağlı bütün təbriklərə görə...Şəxsi mesaj və "WhatsApp"- a yazılan xoş sözlərinizə görə...Təşəkkürümü qəbul edin, dostlar! Hər birinizə ayrı-ayrılıqda yaza bilməsəm də, hər birinizə xüsusi təşəkkür edirəm".
Teleqraf.com xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilən əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.