16 May 2023 18:08
2 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məni “Azərbaycanfilm”ə bağlayan taleyim, orda istehsal etdiyim və edəcəyim filmlərdir”.

Bunu Teleqraf.com-a açıqlamasında əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov deyib.

O, son vaxtlar “Azərbaycanfilm”in kino ictimaiyyətini narahat edən gələcək taleyi ilə bağlı məsələyə münasibətini bildirərkən deyib ki, “Azərbaycanfilm” illərlə yaradılmış brenddir:

“İnsanlar kinematoqrafik brendi yaratmaq üçün bəzən on illərini sərf edirlər. Brendin tarixi yolu, çəkisi, ad-sanı var. Dünyada və ictimai tanıtımda mövcud olan brendin adı ilə çıxış etmək çox böyük əhəmiyyət kəsb edir. Kim desə ki, o yolu kənara qoyub özümüz yeni yolla gedək, bu da yaxşı niyyətdir. Amma düşünürəm ki, hər hansı sıçrayış üçün ayaq altında fundamentə, təmələ dirənərək addım atılmalıdır. Həmin o dirənəcəyimiz məkan istehsalat mərkəzi olan “Azərbaycanfilm”dir".

Elxan Cəfərov qeyd edib ki, gələcəkdə keçirilən müsabiqələrdə, pitçinqlərdə “Azərbaycanfilm” də digər özəl şirkətlərlə birlikdə mübarizəyə qoşula, layihə təqdim edib özünü sınaya, qalib də gələ bilər.

O, hesab edir ki, özəl sektorun ideoloji filmə müraciət etməsi şübhəli görünür: “Hazırda özəl sektorun möhkəmlənməsindən söhbət gedirsə, bu kino şirkətləri ilk növbədə iş prinsiplərini maliyyə və marketinq istiqamətində qurmalıdırlar. Müəyyən müddətdən sonra maliyyə azadlığı olan, hüququ status qazanmış, ayaq üstə dayanmağı bacaran özəl sektor ideoloji filmlərin istehsalına ehtiyac duya bilər. Bu baxımdan “Azərbaycanfilm”in ilkin mərhələ üçün ideoloji istiqaməti daha dəyərlidir, fundamentaldır”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər