Merve Dizdar Kann Film Festivalında “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub.
Teleqraf.com xəbər verir ki, aktrisa bu mükafatı Nuri Bilge Ceylanın “Kuru otlar üstüne” filmindəki obrazına görə qazanıb.
Aktrisa çıxışı zamanı ödülü Türkiyədə layiq olduğu gözəl günləri yaşamağı gözləyən, bütün mübarizəçi şəxslərə ərmağan etdiyini söyləyib.
Qeyd edək ki, Merve sözügedən filmdə Nuray müəllim obrazını canlandırır.
Bu mükafat Türkiyə kino tarixində alınmış ən yüksək mükafat sayılır.