25 İyul 2023 16:52
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk Nobel mükafatının təqdim edildiyi 1901-ci ildən bəri 122 ildə Azərbaycandan bu mükafata məşhur fizik Lev Landau layiq görülüb. Həmçinin Cənubi Azərbaycandan Şirin Ebadi Nobel mükafatı alıb. Eyni zamanda Nobel Sülh Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (MAQATE) çalışanların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adı var”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə bu ilin oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın Təşkilat Komitəsinin ilk iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib.

O qeyd edib ki, dünyaşöhrətli görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin və məşhur cərrah akademik Mustafa bəy Topçubaşovun da Nobel mükafatına namizədlər kimi təqdim edilməsinə dair məlumatlar var.

İ. Həbibbəyli əlavə edib ki, Nobel mükafatlarının təsis edilməsindən bugünədək Azərbaycandan həmin mükafatı almaq üçün hələlik 2-3 rəsmi müraciətin olması məlumdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər