Rejissor Qreta Qerviqin "Barbi" filmi qadın rejissorluğu ilə ən çox gəlir gətirən film oldu.
Teleqraf.com xəbər verir ki, bu barədə "Hypebeast" məlumat yayıb.
Əvvəllər bu rekord 2017-ci ildə 822,8 milyon dollar gəlir əldə edən Petti Cenkinsin "Möcüzə qadın" filminə məxsus idi. İyulun 19-da baş tutan premyeradan sonrakı ilk həftə sonunda "Barbi" kassada 356 milyon dollar qazandı. İyulun 31-ə olan nəticəyə görə bu rəqəm 800 milyon dolları ötüb.
Qreta Qerviq bu nəticə ilə 2023-cü ildə "Qalaktikanın mühafizəçiləri - 3" və "Super Mario Bros". kimi filmləri də geridə qoyaraq, ən yüksək gəlirli filmə çevrilməyi bacarıb.
Qeyd olunur ki, "Barbi"də baş rolları ifa edən Marqo Robbi və Rayan Qoslinqin indiyə qədər çəkildikləri heç bir filmi kassada böyük məbləğ toplamayıb.