7 Avqust 2023 00:43
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barbi" filmi dünya premyerasından üç həftə sonra 1 milyard dollardan çox gəlir əldə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilir ki, "Barbi" ilə eyni gündə ekranlara çıxan Kristofer Nolanın "Oppenheymer" filmi 552 milyon dollar gəlir əldə edib.

Məşhur kuklanın nağıl diyarından qaçmasından bəhs edən Qreta Qerviqin "Barbi" filmi qadın rejissorluğu ilə ən çox gəlir gətirən film olub.

Filmdə baş rolları Marqo Robbi və Rayan Qoslinq çəkilir.


Müəllif: Pərvin Cəfərova