13 Yanvar 2015 14:37
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mədəniyyət və Turizm Nazirliyində xalq artisti, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı iclas keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

Bildirilib ki, yubiley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək. Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası olacaq. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur. Qeyd edək ki, tədbirə giriş həm dəvətnamə, həm də biletlə olacaq. Biletlərin qiyməti 25-30 AZN-dir.

İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.


Nərmin


Müəllif:

Oxşar xəbərlər