28 Noyabr 2023 18:15
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox məşhur filmin ssenari müəllifi olan Fariz Əliyev kinosevərlər üçün yenidən iş başına keçib.

Teleqraf.com xəbər verir ki, 29 noyabrda Nizami Kino Mərkəzində əməkdar artist Dilarə Əliyeva, aktyor Müşviq Şahverdiyev və Nərmin Xankişiyevanın baş rol aldğını “Cin atı” filminin qala gecəsi baş tutacaq.

Filmin ssenarisində bu dəfə Fariz Əliyevlə birgə Əlibəy Məmmədli və Əcəmi Əsədullanın da əməyi var.

Həm komediyanın, həm də qorxu dolu anların birləşdiyi filmin maraqlı sujet xətti var.

Sirkdə təlimçi işləyən Xilafə alnına dəyən atın zərbəsindən huşunu itirir və ölüm ayağında həyat yoldaşı Ələşrəfdən xahiş edir ki, heç olmasa ilimi gözlə sonra evlən! Ələşrəf söz verir, amma sözünün üzərində durmur. 40 gündən sonra Arifə adlı xanımla evlənir. Cin atına minən Xilafənin ruhu Ələşrəflə Arifəni toy gecəsi qovuşmağa imkan vermir. Qorxulu vəziyyətlərlə üzləşən bəylə gəlin kama çata bilmir. Bir-birini əvəz edən nəfəs kəsici səhnələr qorxulu komediya filmini daha baxımlı edir.

Qeyd edək ki, filmin quruluşçu rejissorları Kənan Zeynalov və İsmayıl Zeynalovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər