Musiqi texnologiyası sahəsində proqram təminatı üzrə lahiyəyə start veriləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan "Mədəniyyət və Yaradıcı Sənayelər Forumu"nda çıxışı zamanı bəstəkar, prodüser İsa Məlikov deyib:
"Dünyaca məşhur aranjemançılar, bəstəkarlar bu barədə xəbər tuta biləcəklər. Məşhur "Kontakt instruments" üzərindən azərbaycanlı musiqiçilər tərəfindən musiqi, virtual sintezatorlar yaradılacaq. Burada milli alətlərimiz tar, balaban, kamança, zurna da olacaq".