Azərbaycanın tanınmış kinorejissoru, aktyoru və ssenaristi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü Hafiz Fətullayev bu gün 70 yaşında dünyasını dəyişib. Bu barədə Teleqraf.com-a Kinematoqrafçılar İttifaqından məlumat verilib.
H.Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib.
1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri olub.
H.Fətullayev "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur.