17 Dekabr 2023 08:14
2 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz əvvəllər Braziliya seriallarına baxırdıq, indi braziliyalılar türk seriallarına baxır. Bu, televiziya sənayesi üçün uğurdur”.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu məşhur türkiyəli aktyor Haluk Bilginer jurnalistlərə açıqlamasında deyib.

Məşhur aktrisa Ancelina Coli ilə birgə çəkildiyi filmə görə son vaxtlar tez-tez gündəmdə olan Haluk Bilginer türk kinosunun texniki baxımdan qiymətləndirildikdə Hollivudla bərabər olduğuna, çatışmayan tək şeyin vaxt və pul olduğuna diqqət çəkib

"ABŞ-də, İngiltərədə, İsveçdə hansı kameralardan istifadə olunursa, biz də ondan istifadə edirik. Məncə, texniki və istedad baxımından heç bir problem yoxdur. Çox yaxşı rejissorlarımız, aktyorlarımız var. İnanıram ki, bir az daha çox pulumuz və vaxtımız olsaydı, daha yaxşı işlər görəcəyimizə inanıram”- deyə bildirib.


Müəllif: Pərvin Cəfərova