17 Yanvar 17:28
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan muğamına dünyada maraq böyükdür".

Teleqraf.com xəbər verir ki, bu sözləri AzTV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, Heydər Əliyev Fondunun dəstəyilə keçirilmiş Respublika 5-ci Muğam Müsabiqəsinin qalibi, istedadlı gənc xanəndə Nisbət Sədrayeva deyib.

Mədəniyyət Nazirliyinin xəttilə bir neçə xarici ölkədə konsert proqramında iştirak edən Nisbət Sədrayeva Azərbaycan muğamına maraq göstərənlərin yalnız xaricdə yaşayan soydaşlarımızdan ibarət olmadığını vurğulayıb: "Muğamımıza əcnəbilərin diqqətinə Avropa ölkəsi olan Polşada da şahid olmuşam".

Nisbət Sədrayeva son illər qazandığı uğurlardan danışarkən korifey sənətkarlarımız olan Əlibaba Məmmədovun, Arif Babayevin, eləcə də əməkdar artist Sevinc Sarıyevanın, xalq artisti Zabit Nəbiyevin xidmətlərini qeyd edib: "Ancaq sirr deyil ki, mənim ustadım mərhum sənətkarımız Ağaxan Abdullayevdir".

Nisbət Sədrayeva muğam sənətinə göstərilən qayğıdan söz açıb, belə bir mühitdə daha böyük uğurlara nail olacağına şübhə etmədiyini bildirib.

Daha ətraflı videoda:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər