Ötən gün Britaniya Kino Akademiyasının mükafatlandırma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir "Royal Festival Hall"-da baş tutub.
Ukraynalı Mstislav Çernovun “Mariupolda 20 gün” filmi “Ən yaxşı sənədli film” kateqoriyasında BAFTA mükafatının qalibi olubş
Bu film də “Ən yaxşı xarici film” nominasiyasında mükafat uğrunda mübarizə apardı, lakin bu halda başqa film qalib oldu.
Film Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra rejissor Mstislav Çernovun mühasirədə olan Mariupolda həmkarları ilə keçirdiyi 20 günün hekayəsindən bəhs edir. Müharibənin 21-ci günü jurnalistlər Mariupoldan humanitar dəhlizlə çıxıblar. Filmin sonunda şəhərin 86 gündən sonra tamamilə Rusiya tərəfindən işğal edildiyini bildirən mətn görünür.
Film həm də Oskar mükafatına namizəddir.