20 Aprel 20:47
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Kann Film Festivalı rəsmi posterini təqdim edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, mayın 14-dən 25-dək keçiriləcək sayca 77-ci festivalın afişasında Akira Kurosavanın “Avqust rapsodiyası” filmindən kadr təsvir olunub.

Film 1991-ci ildə ekranlara çıxıb və həmin il 44-cü Kann Film Festivalında müsabiqədən kənar təqdim edilib. Ekran əsəri 9 avqust 1945-ci ildə Naqasakinin bombalanmasının qurbanı olan və müharibəyə qarşı sipər kimi nəvələrinə və amerikalı qardaşı oğluna sevgiyə və dürüstlüyə inamı miras qoyan nənənin hekayətindən bəhs edir.


Müəllif: Pərvin Cəfərova