Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri və "Oyuq" Uşaq Teatrı yetirmələri maraqlı proqramla çıxış ediblər.
Belə ki, teatrın repertuarındakı "Cırtdan" və "Qırmızıpapaq" tamaşalarından səhnəciklər, eləcə də istedadlı balaca ifaların təqdimatında vətənpərvər ruhlu nəğmələrlə yerli uşaqları, məktəbliləri və bağça yaşlı balacaları təbrik ediblər.
Böyük coşqu ilə keçən bayram tədbirində iştirak edən uşaqlar sevinc və əyləncə dolu günün sonunda qonaqlarla xatirə şəkilləri çəkdiriblər.
Tədbir sonunda balaca dostlara hədiyyələr paylanılıb.