Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Bunu Teleqraf.com-a "Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov təsdiqləyib.
O bildirib ki, direktordan əlavə olaraq Kinostudiyanın rəhbər işçiləri də işdən çıxmaq haqqında ərizələrini təqdim ediblər. Direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun istefa ərizləri təsdiqlənib.
Nazim Hüseynov isə işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.
“Azərbaycafilm”ə kimin rəhbər təyin olunacağı ilə bağlı isə dəqiq məlumat yoxdur.