8 Sentyabr 20:36
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şən və hazırcavablar klubu” (ŞHK) televiziya verilişinin aparıcısı Aleksandr Maslyakov vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi teleqram kanalı məlumat yayıb.

“Maslyakov ŞHK hərəkatının bütün iştirakçıları və milyonlarla tamaşaçı üçün əfsanə olub və əbədi olaraq belə qalacaq. O, 1964-cü ildən ŞHK-nun aparıcısı olub, Rusiyada və xaricdə yumor, satira simvoluna çevrilib”, - məlumatda deyilir.

Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda anadan olub. O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər