13 Mart 2015 15:58
3 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə deyil, bütün Avropada və Rusiyada reytinqləri darmadağın edən “Möhtəşəm yüz il” serialında Qanuni Sultan Süleymanın bacısı rolunda oynayan aktrisa Səlma Ərgeç şəxsi həyatı və karyerası haqqında maraqlı müsahibə verib. Teleqraf.com həmin müsahibəni təqdim edir:

- Bu gün hansı pillədəsiniz?

- Sonsuz bir nərdivan kimi düşünsək, ortadayam. Ancaq sonsuz nərdivanın ortası haradır, onu da bilmirəm. “Buraya gəlmək istəyirəm, belə olmaq istəyirəm” kimi konkret hədəfim heç vaxt olmayıb. Gördüyüm işdə çox iddialıyam. Bir işə başlayanda çox çalışıb ən yaxşısını etmək istəyirəm. “Daha yaxşısı necə olur?” deyə düşünürəm. Amma “bu səviyyəyə gələcəm, bunu edəcəm” kimi hərislik deyil bu. İddialı insanları gördüyüm vaxt mən də onlar kimi olmağı istəyirəm, ancaq mümkün olmur. Onsuz da iddialı olmaq insanın içində ya var, ya da yox. Mən sadəcə, işimi ən yaxşı şəkildə görməyi qarşıma məqsəd qoyuram.

İstisna bir kadın! Selma Ergeç

- Ailəniz Almaniyada yaşayır. Bəs siz niyə Türkiyədə olmağa üstünlük verirsiniz?

- Bu tamamilə təsadüfdür. Öncədən planlaşdırılmayıb. Staj üçün gəlmişdim, aktrisalığa yönəldim və serialda çəkilmək təklifi aldıqdan sonra qaldım…

- Aktrisa olmaq təsadüf oldu?

- Bu işlə mən hobbi kimi məşğul olurdum. Əslində tibb oxuyurdum. Təbii ki, tibblə bərabər bu işlə məşğul olanlar var, amma ikisi ilə birlikdə məşğul olmaq çox çətindir. Hətta ikisi də çox uzun vaxt alan işlər olduğu üçün mənə görə mümkün deyil. Mən də tibbi seçdiyim üçün aktrisalığı bir variant kimi görmürdüm. Aktrisalıq məsələsi ciddiləşincə, tibbi buraxmalı oldum. Ancaq bu qərarı təkbaşına vermədim. Təsadüflər üst-üstə düşdü. Bəzi şeylər tərs, bəzi şeylər yaxşı getdi. Həyatdır, gah sağa, gah sola sovuraraq bir yola salır sizi. Mən də bu yolu getməyi seçdim.

İstisna bir kadın! Selma Ergeç

- Yaxşı bəs, Almaniyada uşaq olmaq necədir? Necə uşaq idiniz?

- Çox əyləncəlidir. Ancaq Türkiyədən daha əyləncəli olduğunu deyə bilmərəm. Məktəbəqədər hazırlığı və ibtidai məktəbin ilk iki ilində Türkiyədə oldum, sonra Almaniyada davam etdim. Almaniyadakı məktəbdə daha azad şərait var idi. Orada daha çox özünü inkişaf etdirə, mövzuları araşdıra bilirsən. Hətta səndən sual verməyi tələb edirlər. Bunlar səndən tələb olunan şeylər olduğu üçün daha çox sərbəst olursan. Beynin ucsuz-bucaqsız yerlərdə dolaşır. Hətta bunun üçün təşviq olunursan. Dolayısı ilə mən orada özümü daha sərbəst hiss edirdim.

- Orda böyüməyin xarakterinizə təsirləri nə şəkildə ola bilər?

- Daxilimdəki hissləri, duyğuları gizlətmək əvəzinə, düzgün ifadə etməyi orada öyrəndim.

- Bəs, uşağınız olarsa, Türkiyədə böyütmək istəyərsiniz? Yoxsa başqa planlarınız var?

- Mən Türkiyəni sevirəm. Mənim bütün dostlarım türk və Türkiyədə böyümüş insanlardır. Çox xoşbəxt uşaqlıq keçiriblər. "Türkiyədə uşaqlıq yaşanmaz" demirəm. Buranın böyümək üçün gözəl yer olduğuna həqiqətən inanmaq istəyirəm. Daha yaxşı olmasına ümid edirəm.

- Ananız almandır. Ona bənzəyirsiniz?

- İkisinə də oxşayıram, ancaq deyəsən, daha çox anama oxşayıram.

- Tibb sahəsində oxumaq genetik seçim idi, yoxsa özünüz şüurlu şəkildə seçdiniz?

- Atam heç vaxt məqsədli şəkildə “qızım, həkim ol” demədi. Hətta həmişə həkimliyin çox ağır peşə olduğunu deyirdi. Atam işini şövqlə gördüyü üçün çox əziyyət çəkdi. Çox idealist həkimdir, idealist olmaq hər peşədə çətindir. Yolunda getməyən şeylər insanı daha çox narahat edər. Əslində mən də görünüşcə, anama, xarakter baxımından atama oxşayıram. Atam Parisə gedib dizayner olmağımı istəyirdi. Çoxlu rəsmlər çəkirdim. Aktrisalığa müsbət baxmırdı. Atam gözlərimin önündə işini çox yaxşı görən və idealist işləyən, çox sayda xəstəyə pulsuz baxan çox yaxşı örnək idi. Ancaq mənim seçimim daha çox etik səbəblərdən oldu.

İstisna bir kadın! Selma Ergeç

- Üç il tibb oxumağın sizə verdiyi ən yaxşı şey nə oldu?

- İnsanların çox çətin vəziyyətdə qaldığı vaxtlarda, şəfqətə ehtiyac duyduqlarında, ehtiramla və insani şəkildə uzadılmış ələ ehtiyac olduğu zaman o əlin çox vaxt uzadılmadığını gördüm. Orada işləyərkən bir insanın nə qədər gücü varsa, ona göstərilən hörmət və sevginin də o qədər çox olduğunu daha yaxşı anlayırsan. Əgər insan gücsüzdürsə, yardım edilmir. Bunları gördüm. Çox maraqlı şeylər də yaşadım. Heç vaxt unutmadığım bir xatirəm var. 70 yaşlarında bir xəstəmiz təcili tibbi yardıma gəldi. Yoldaşından qan almaq lazım idi. Qanı aldıqdan sonra adam gəlib əlimi öpdü, ağlayaraq “yoldaşımı incitmədiniz” dedi. Mən əslində bu sahədə peşəkar deyiləm. Yəni sehrli əllərim yoxdur, ancaq işimi həssaslıqla yerinə yetirirdim. Sadəcə bu barədə deyil, gündəlik həyatımızda da o qədər avtomatlaşmışıq, o qədər insan faktorunu gözdən qaçırırıq ki. Yəni lazımi həssaslıq göstərmirik.

- Anladığım qədəri ilə çox həssassınız. Xüsusi ilə də insanların sosial statusu və ədalətlə bağlı narahatçılığınız var...

- Bəli. Sosial status, ədalət və ierarxiya kimi parametrləri göz önündə tutaraq insanlarla münasibət qurmaq məsələsində çox ciddi həssaslığım var. İfrat dərəcədə əsəbiləşə bilirəm bununla bağlı. Mən çox kiçik, insanların bir-birlərinə insan kimi davrandığı yerlərdə böyüdüm, metropollarda böyümədim. Ölkə fərqindən bəhs etmirəm, Türkiyədə də kiçik yerlərdə böyüdüm. Bir-birlərinə qarşı istiqanlı olan insanların arasında oldum həmişə. Bu barədə çox həssasam, “hər xarakter başqa yönümü əks etdirir.”

İstisna bir kadın! Selma Ergeç

- İfa etdiyiniz rollar içərisində ən çox ürəyinizə hansı yatıb?

- Ən yaxşı emosional münasibət qurduğum Hatice Sultan oldu. Çox ağır, emosional və çox böyük iztirabların hekayəsi idi. Xarakter kimi özümə yaxın hiss etdiyim deyil, ancaq emosional yükünü ən çox daşıdığım obrazdır. Yəni maraqlı bir təcrübə oldu mənim üçün. Həqiqətən emosional baxımdan da ən güclü yaşadığım idi.

- Özünüzü rolunuza çox bağlayırsınız?

- Yaşamış kimi olmaq, elə olmağına kömək edir. Bədənin duyğulara və mimikalara verdiyi reaksiyalar var. Misal üçün qaşınızı çatıdığınız vaxt depressiyaya girmə ehtimalınız yüksəlir və depressiya müalicəsi kimi botoks edirlər, çox maraqlıdır bu. Gülmə meditasiyası deyə bir şey var. Mənim atam hər səhər oturub səsli şəkildə qəhqəhə atar. Yəni bir lətifə oxuyub gülməz, saxta şəkildə gülüb, bunun insan psixologiyası üzərində müsbət təsirinin olduğunu düşünsək, bizim etdiklərimizin də insan psixologiyasına bir təsirinin olması qaçınılmaz olur... Dolayısı ilə təbii ki, rolun üzərimdə bir təsiri olur, ancaq bu əsla bu xarakterlə yaşadığım mənasına gəlmir. Ancaq o emosional vəziyyətin kölgəsi bir şəkildə sizin üzərinizə düşür.

- Yeri gəlmişkən maraqlı gəldi, atanızın etdiyi kimi gülmə seansı edirsiz?

- Yox, mən yuxuya çox düşkünəm. Atam səhər beşdə qalxır, yeddiyə qədər bu cür meditasiyalar edir. O dəhşət nizam-intizamlıdır.

- Bu qədər uzun müddət oynayıb duyğusal əlaqə yaratdığınız Hatice Sultan obrazından sıyrılıb Saadet obrazına bürünmək sancılı oldumu, yoxsa nəfəs aldıran bir proses oldu sizin üçün?

- Təbii ki, öncə ödüm qopdu. Bir də hələ insanların beynində Hatice Sultanın izləri var. "Muhteşem Yüzyıl"ın təsiri hələ keçməyib. “Bir də bundan sonra Saadet obrazını ifa edəcəm? Ancaq insanlar buna inanacaqmı?” deyə düşündüm.

- Bu bir az oynanılan rolun oyunçunun üzərinə yapışmasından olmurmu?

- Bəli. Onsuz da çox vaxt oynadığımız rolun bənzələri çıxır qarşımıza. Çünki “bu bunu edər, başqa bir şey edə bilsə belə, izləyici bunu qəbul etməz” deyə düşünürlər. Bu sadəcə, bizə xas olan şey deyil, bütün dünyada belədir. Buna görə də mən əsla bir daha eyni tipdə rol ifa etmək istəmədim bu dəfə. Bir də cansıxıcı olur, hər gün eyni yeməyi niyə yeyim axı? Dolayısı ilə bu obraz üçün doğru söz həyəcandır. Çox həyəcanlandım. Saadət çox hərəkətli, enerjisi çox olan bir obrazdır.

- Gönül İşleri serialında ifa etdiyiniz Saadet obrazı nə dərəcədə sizin xarakterinizlə uyuşur?

- Mənim şəxsiyyətimin sadəcə, bir küncünün təsviridir. Bəzi yönləri mənə bənzəyir. Mənim dəcəl, bir az marginal tərəflərimə oxşadıram. Ancaq heç kim sadəcə, bir xarakterə sahib ola bilmir. İnsanın içində birdən çox xarakter yaşayır. Bir çoxumuz onlardan birini seçib geri qalanını basdırırıq. Çox güman ki, ətrafımız tərəfindən qəbul olunacaq şeyləri seçirik. Hatice Sultan da başqa bir xarakter, ayrı cür enerji verirdi. Saadet də elədir. Ancaq hamısı içimdə bir küncdə durur, elə hiss edirəm. Yəni hər ikisi də mənim fərqli tərəflərimdir.

- Serialda üç baş rol var. “Necə olacaq bu işin axrı?” deyə düşündüyünüz olub başlanğıcda? Tanışlığınız var idi öncədən?

- Bəli, serialla bağlı ən böyük qorxum “birdən anlaşa bilməsək” sualı oldu. Nəticədə çox vaxt onlarla bir yerdə olursan. Sonra üçümüz də dizlərimizin üstünə çökmüş olduq. Sən demə, üçümüzdə də eyni qorxu var imiş. Sinemi onsuz da tanıyırdım öncədən, Bennuyla tanışlığım yox idi. Ancaq onunla anlaşacağımı düşünürəm. Üçümüz də fərqli olmağımıza baxmayaraq, çox yaxşı anlaşdıq. Bunun belə davam edəcəyinə də ümid edirəm. Çox əylənirik, bu da insanı rahatladır. Çox da sərbəst ola bilirsən, daha çox sərsəmləyə bilirsən.

- Hazırda gözlərinizi yumub hara qeyb olmaq istərdiniz?

- İsti bir yerə.

İstisna bir kadın! Selma Ergeç

- Bu cür qaçacağınız yerlər varmı?

- Açığı, mən dənizdə olmağı sevirəm. Istirahət etdiyim zaman elə təknədə, dənizdə olmaq istəyirəm. Dəniz görüm, su olsun, başqa heç nə istəmirəm.

- Orlando Blum ilə çəkdiyiniz reklam filmi haqqında da çox danışıldı. Hələ dost olduğunuzdan bəhs olunur...

- Sadəcə, iki gün çəkiliş etdik, gözəl idi, çox əyləncəli bir təcrübə oldu mənim üçün. Nəticə etibarı ilə Orlando Blum ilə rekalm filminə çəkildim.

- Bildiyiniz xarici dillər və qabiliyyətləriniz ilə xaricdə aktirisalıq edəcək səviyyədəsiniz. Heç planlarınızda var bu?

- Çox istiyərəm, çox arzuladığım bir şeydir. Ancaq həvəsə gəlib “mən bunu edəcəm” kimi yapışıb qaldığım bir şey deyil. “Necə olursa olsun, bunu edəcəm…” dediyim bir şey deyil. Elə bir xarakterim yoxdur, neyniyim! Olsa nə qədər gözəl olar, yəni sevincdən atılıb-düşərəm, ancaq olmasa da dünyanın sonu deyil.

- Hansı xarici seriallar diqqətinizi çəkir?

- “Game of Thrones” kimi bir çox yaxşı serial var izlədiyim. Ancaq mənim hələ də sevdiyim serial “Gilmore Girl” dünyanın ən gözəl serialdır. 7 sezon 22 bölümlük, 50 dəqiqəlik bir serialdır. Mən bu seriala heyranam. İndi dördüncü dəfədir təkrar izləyirəm. Nə vaxt özümü pis hiss eləsəm, oturub bu serialı izləyirəm. Hələ zarafatlarına gülürəm və hələ də mənə çox yaxşı təsir bağışlayır. Daha çox xarici serialları izləyirəm çünki 100 dəqiqədən çox olan serialları izləyə bilmirəm. Onun yerinə kitab oxuyuram.

- Paralel kainatlar kimi fərqli ölçülər diqqətinizi çəkirmi?

- Mən bu məsələdə hələ də ən yaxşısının “Star Trek” olduğunu düşünürəm. Xüsusilə “The Next Generation”dakı Kaptan Picarda görə mən “yaşıl çay” içdim. Çünki o, ondan içirdi və mən də o vaxtlar 13-14 yaşlarımda idim. Üstəlik qara çayla da çox aram yoxdur. Tam bir fanatam yəni, o, içirsə mən də içəcəm… Dadı pisdirsə belə, ver gəlsin…

- Yaxşı bəs pula münasibətiniz necədir?

- Olduğu vaxt yaxşıdır. Olmadığı vaxt da yaxşı olmur, ona görə də olmağını üstün tuturam.

- Ən çox nəyə pul xərcləyirsiniz?

- Kitaba çox xərcləyirəm. Paltar da alıram, ancaq dövrə görə dəyişir.

- Sanki sizin sabahı düşünməyən, daha rahat həyat tərziniz var. Moda ilə aranız necədir?

- İzləyirəm yenilikləri, ancaq çox moda olan şeyi geyinmək kimi bir xüsusiyyətim yoxdur. Təxminən geyim tərzim məlumdur və uzun zamandır eyni xətt üzrə davam edir. Tək alış-veriş etməyi sevmirəm, yaxın dostlarımla, ya da bacımla alış-veriş eləyirəm çox vaxt. Xüsusilə alış-veriş üçün xaricə getməyi planlaşdırmıram, amma xaricə gedəndə də alış-veriş eləməyi sevirəm. Bəzən alış-verişə çıxarkən, istədiyimi tapmayıb bütün günü dolaşıb axşam evə əliboş qayıtdığım olur.

- 30 yaşından öncəki sizə mesaj göndərmək istəsəniz, nə deyərdiniz?

- Rahat ol, hər şeyi bu qədər salma ürəyinə.

- Özünüzü rahatlatmaq üçün nələr edirsiniz?

- Tək qalmağı, tək qalıb kitab oxumağı çox sevirəm. İtim də yaxşı təsir edir mənə.

- Hansı ədəbiyyatı oxuyursunuz?

- Hər şeyi. Misal üçün indi Ayzek Əzimovu oxuyuram. Eyni zamanda sənətimlə bağlı maraqlı bir kitab və İsveçrə ilə bağlı bir kitab oxuyuram… Çox şey marağımı cəlb edir və əsəbləşirəm. Çünki oxumaq istədiyim o qədər şey var ki, çatdıra bilmirəm.

- Ən utopik xəyalınız nədir?

- Bir gözəllik yarışmaçısı kimi cavab vermək istəyirəm: Dünya barışı. Həqiqətən ən utopik xəyalım budur. Çünki mənə çox utopik gəlir. Yenə də özümü xəyal qurmaqdan saxlaya bilmirəm. Pulun olmamağını istərdim, mənə elə gəlir ki, pul olmasa, dünyada sülh problemini həll edərik. İnsanlığın təkamül keçirməsiylə bağlı xəyallarım var. Ancaq “bütün bu xəyallardan hansıdır?” deyə soruşsan, dünyanın daha düzgün bir yer olmağını və insanların bu qədər pis olmamağını üstün tuturam. İnsanların insan olduğu bir dünya xəyal edirəm.

- Almaniya, İngiltərə, tibb, psixologiya, fəlsəfə, yoqa, manekenlik, dalğıclıq, aktyorluq… Əksik olan bir şey varmı sizinlə bağlı saymadığımız?

- Kick boks. Bütün “Muhteşem Yüzyıl” çəkilişi boyunca yoqaya getdim, o çox yaxşı gəldi mənə. Kick boks da həmişə məşğul olmaq istədiyim şey idi. Ancaq biri oramı-buramı qırar deyə anam icazə vermirdi. Çünki bir az çolaq insanam. Uzun müddət getmək istədim, ancaq alınmadı, indi kick boksa gedirəm və çox əylənirəm.

Dəniz Əliyeva


Müəllif:

Oxşar xəbərlər