22 Mart 2015 13:15
2 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aparatda yoldaş Zülümovdur… Zülümov dedi, qurtardı”. Onu tanıyanlar söhbətin sevilən aktyor Lütfəli Abdullayevdən getdiyini anladılar. Martın 22-də gülüş ustasının doğum günüdür. Lütfəli Abdullayev sağlığında özünə ölməzlik qazanan aktyorlardan olub. Özü hələ sağ ikən də onun filmlərdə işlətdiyi sözlər aforizmə çevrilərək xalqın dilində əzbər olub.

Aktyor 1914-cü ildə Nuxa şəhərində (indiki Şəkidə) doğulub.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak edib.

“Arşın mal alan” operettasında Vəli rolu onun yaradıcılıq yolunda yaşıl işıq yandırıb.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Burada bir-birindən maraqlı obrazlar yaradıb.

Klassik operettalardakı rollar siyahısına Üzeyir Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”) obrazları daxildir./publika.az/


Müəllif:

Oxşar xəbərlər