26 Mart 2015 16:55
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında Stetson Hüquq Universitetində magistr təhsili alan azərbaycanlı soydaşımız Gülayat Hacıyeva martın 24-də təhsil aldığı universitetdə “Sülh və müharibə” mövzusunda sərgi keçirib.

Teleqraf.com-un xəbərinə görə, beynəlxalq kriminal hüququ ixtisasına yiyələnəcək həmyerlimiz dünyanın müxtəlif ölkələrindən uşaqların “Sülh və müharibə” mövzusunda şəkil şəkmələri ilə bağlı layihə icra etmək qəarına gəlib. Məqsədi müharibə və sülh şəraitində yaşayan uşaqların yaşantılarını beynəlxaql aləmə yaymaqdır.

G.Hacıyevanın sözlərinə görə öncə məktəb yaşlı uşaqların hər birindən öz dillərində sülh və müharibəyə dair təsəvvürlərini inşa vasitəsilə ifadə etmələrini xahiş edib. Amma sonradan müxtəlif dillərdə yazılan inşaların ingilis dilinə çevrilməsi zərurətində çətinliklər yarandığından uşaqların təsəvvürlərini rəsm dili ilə ifadə edilməsinə qərar verib.

Həmyerlimiz bildirdi ki, aprelin 17-dək davam edəcək sərgiyə təkcə Florida sakinləri, universitet tələbələri deyil, kənar ştatlardan da gələnlər var. Uşaqların yaşantılarının rəsm vasitəsilə ifadəsi maraqla qarşılanır: “Müharibə şəraitində yaşayan, yoxsulluq, çətinlik görən uşaqların təsəvvürləri tam başqadır. Məsələn, fələstinli azyaşlıdan “Müharibə sənin üçün nə deməkdir?” sualına cavabda uşaq tank, güllə, qan şəklini çəkib. Sülh mövzusunda isə ailə və günəş çəkib. Amerikalı uşaq isə cizgi film və kinolardan gördüyü döyüş qəhrəmanlarını rəsmlə ifadə edib. Sülh mövzusunda sülh rəmzlərini görüntüyə gətirib. Təzadlı yaşantıların ifadəsi onu göstərir ki, müharibə görmü uşaqlar psixoloji cəhətdən ciddi sarsıntı keçirirlər. Müharibədə törədilən çoxsaylı cinayətlərin nə məsuliyyəti, nə cəzası var, ammma bu fəlakətin zərbələri ilk növbədə uşaqlara dəyir. Mən bunu dünya ictimaiyyətinə çatdırmaq, bu layihənin miqyasını genişlndirmək düşüncəsindəyəm”.

G.Hacıyeva dedi ki, sərgidə Azərbaycandan Bakı Dövlət Universitetinin nəzdində Gənc istedadlar liseyinin 7-ci sinif şagirdi 13 yaşlı Nəzrin Əliyeva, 286 saylı orta məktəbin 2-ci sinif şagirdi 8 yaşlı Selcan Şəriflinin rəsmləri də yer alıb və sərgiyə gələn seyrçilər tətəfindən azyaşlı həmyerlilərimizin təsvvürləri maraq doğurub: “Sərgiyə gələn bir çox amerikalılar göz yaşlarını saxlaya bilmirdilər. Xüsusilə müharibə şəraitində yaşayan uşaqların şəkilləri, o cümlədən həmyerlilərimizin çəkdikləri amerikalıları göz yaşlarına boğdu. Bu sərgiyə görə tələbə həmkarlarım çox-çox təşəkkür etdi. Bu layihədə mənə dəstək olan hər kəsə, o cümlədən universitetin müəllimi, yaxın rəfiqə qədər mənə doğma olan professor Nagleyə dərin təşəkkürümü bildirirəm”.

SEVİL


Müəllif: