Mingəçevir Dövlət Dram Teatrı 13 illik fasilədən sonra Bakı şəhərinə Akademik Milli Dövlət Dram Teatrına qastrol səfərinə gəlir.
Teatrın direktor müavini Vüsal Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, qastrol müddətində S.S.Axundovun "Eşq və intiqam" tamaşası nümayiş olunacaq.
Teatrın qastrol səfəri isə yalnız bir gün baş tutacaq: "Mingəçevir Dövlət Dram Teatrı region teatrları ilə yanaşı, paytaxt teatrları ilə də sıx əməkdaşlığa hazırdır. Beləliklə, aprel ayının 27-də saat 19:00-da Mingəçevir teatrı olaraq Bakı sakinlərini, həmçinin paytaxtda yaşayan mingəçevirliləri Akademik Milli Dövlət Dram Teatrında nümayiş olunacaq "Eşq və intiqam" tamaşasına baxmağa dəvət edirik".
Nərmin