Azərbaycanda da maraqla izlənən “Kurtlar Vadisi Pusu” serialından daha bir aktyor ayrılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Baltazar obrazını canlandıran Murad Aydın serialla vidalaşıb. Jurnalistlərin serialla bağlı suallarını cavablandıran aktyor artıq ölüm səhnələrinin çəkilişlərinə başlanıldığını deyib.
Aktyor zarafatla “Ölmək çətindir, yoxsa asanlıqla bunu birlikdə görəcəyik” deyib. O, “Vadi”də oynayan hər bir canlı bir gün ölümlə üzləşəcək” sözlərini əlavə edib.
Rüstəm