14 May 2015 18:52
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kannda “selfie” qadağası

Uzun müddət kinosevərlərin diqqət mərkəzində olacaq 68-ci Kann Beynəlxalq Film Festivalı möhtəşəm açılış mərasimi ilə start götürüb.

Teleqraf.com xəbər verir ki, builki festival hələ başlamamışdan öncə bir sıra yeniliklərlə yadda qalmışdı. Beləki, təşkilatçılar festivalda “selfie” çəkimini qadağan edib, festivala uzun illərdən sonra yenidən qadın rejissorun - Emmanuel Berkonun “Dik qaldırılmış başla” ekran əsəri ilə start veriblər. Məşhur aktrisa Katrin Denevin oynadığı film azyaşlı cinayətkar Meloninin başına gələnlərdən bəhs edir.

“Selfie”nin qadağan olunmasını təşkilat komitəsi festivalın maraqla izlənməsi naminə etdiyini deyib. Onların fikrincə, məşhurların festivalın qırmızı xalçasında çəkdirdikləri “selfie”lər sosial şəbəkələrdə sürətlə yayılır və bu təşkilatçıların öz çəkilişlərinin izlənmə reytinqini aşağı salır.

Yeni filmlərimiz Kannda

5-ci il ardıcıl olaraq Kann Beynəlxalq Film Festivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kino pavilyonu təşkil olunur. “Azərbaycanfilm”dən verilən məlumata görə, Azərbaycan kinematoqrafiyasını dünyanın ən nüfuzlu kino toplantısında kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, rejissor Ayaz Salayev, rejissor Asif Rüstəmov və digər kino mütəxəssisləri təmsil edir.

Pavilyonda müasir kinomuzu, onun imkanlarını və nailiyyətlərini, Azərbaycanda turizm imkanlarını əks etdirən, “Baku 2015” Birinci Avropa Oyunlarını təbliğ edən çap və reklam məhsulları nümayiş olunur.
Bu il “Azərbaycanfilm” tarixində ilk dəfə olaraq Kann kino bazarına 6 film təqdim edib. Bunlar “Şəhər motivləri”, “Qırmızı bağ”, “Yarımçıq xatirələr”, “İçəri Şəhər”, “Axınla aşağı”, “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmlərdir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər