Almaniya polisi apardığı xüsusi əməliyyat çərçivəsində Adolf Hitlerə məxsus məşhur “Addımlayan atlar” heykəllərini tapıb.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, Bir vaxtlar fürerin iqamətgahının girişini bəzəyən tunc heykəllər reyd zamanı antik əşyalar satan gizli alverçilərdə aşkar edilib. Onlar bu heykəlləri qara bazarda 4 milyon avrodan da baha satmaq istəyirmişlər.
Üçüncü Reyxinəsas heykəltəraşlarından olan Yozef Torakın "Addımlayan atlar" əsəri son dəfə 1989-cu ildə Sovet qoşunlarının Berlin yaxınlığındakı hərbi bazasında görünmüşdü. O vaxtdan bəri itən heykəllər barəsində bu günə qədər heç bir məlumat olmayıb.
Rüstəm