Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti tərcümə toplusu işıq üzü görüb.
“Çexovdan Markesə qədər” adlanan bu toplu XX əsr dünya ədəbiyyatı mənzərəsini yığcam hekayə janrı vasitəsilə işıqlandırmağa cəhd edir.
Kitabda A.P.Çexov, A.Rünoske, Ş.Anderson, F.Kafka, K.X.Sela, U.Folkner, V.Borhert, M.Venturi, F.Rot, P.Handke, L.O.Flaerti kimi ayrı-ayrı mədəniyyətlərin ədəbiyyatını təmsil edən görkəmli ədiblərin məşhur əsərləri yer alıb.