24 İyun 2015 15:32
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sima” Teatr Mükafatı iyul ayının ortalarında - 87-ci teatr mövsümünün yekununa həsr olunmuş iclasda həyata keçiriləcək. Teatrdan Teleqraf.com-a verilən məlumata görə, həmin gün mükafatçılara xüsusi priz, diplom və pul mükafatı da təqdim ediləcək.

Məlumat üçün bildirək ki, “Sima” mövsümi Teatr Mükafatını Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi təsis edib. Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların mükafatlandırılması məqsədilə təsis olunub.

Mükafat “Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi” (böyük tamaşaları üzrə), “Mövsümün seçilən aktyoru” (böyük tamaşaları üzrə), “Mövsümün seçilən aktrisası” (böyük tamaşaları üzrə), “Mövsümün seçilən aktrisası” (uşaq tamaşaları üzrə), “Mövsümün seçilən aktyoru” (uşaq tamaşaları üzrə), “Ən yaxşı rəssam işi”, “Şərəf və ləyaqət”, “Teatrın dostu” nominasiyaları olmaqla 9 adda müəyyənləşdirilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər