Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tamaşa şair-publisist, tərcüməçi Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanacaq. Eyniadlı yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı musiqişünas Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.
Yeni səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova , Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər.
Tamaşanın 88-ci teatr mövsümündə - oktyabr ayının 1-ci yarısında təhvil verilməsi nəzərdə tutulur.
Nərmin