18 Avqust 2015 15:38
2 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Zülfiyə nəvəsi haqqında təəssüratarlarını Teleqraf.com-a bölüşüb.

Sənətçi deyib ki, nəvəsinə əlindən gələn qədər nəvaziş göstərir: “Oğlum Babəklə birlikdə yaşayırıq. Maşallah, gəlinim nəvəmə çox yaxşı baxır. Lazım olanda mən də kömək edirəm. Balaca yoldaşımın və mənim qucağımdan düşmür. İnsanın nənə olması çox maraqlı bir hissdir. Adam bilmir, sevincindən ağlasın, yoxsa gülsün. İnsan həm kövrəlir, həm də sevinc hissi keçirir. Həmin gün xəstəxanada deyəndə ki, oğul nəvən dünyaya gəldi, elə hiss yaşadıq ki, sözlə ifadə etmək çətindir. Babək nəvəminn adını Renat qoyub. Allah hər kəsin balasını saxlasın”.

Rəqsanə Həsənova

Müəllif:

Oxşar xəbərlər