22 Avqust 2015 22:10
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xanəndə Fərqanə Qasımova uşaqlarına tətbiq etdiyi tərbiyə üsullarından danışıb.

Dörd uşaq anası olan olan xanəndə Teleqraf.com-a bildirdi ki, uşaqları nəyəsə məcbur etmək olmaz: “Bizim uşaqlıqda gördüyümüz tərbiyə fərqli idi. O zaman uşaqlar fərqli və daha rahat idilər. İndiki uşaqların aldıqları informasiyalara görə tərbiyə üsulları fərqlidir. Ona görə də uşaqlarımıza gördüyümüz tərbiyə ilə yox, fərqli yanaşmalıyıq. Onlara məcburiyyətdən daha çox dolğun istiqamətləndirmə formalarını başa salmaq lazımdır. Çünki düşüncələr, zəmanə tamamilə dəyişib. İnşallah, çox istərdim ki, övladlarım da doğru olanı seçsinlər, cəmiyyətə xeyir verən insanlar olsunlar”.

Yaradıcılıq planlarından danışan xanəndə qeyd etdi ki, xarici ölkələrə səfərləri olacaq: “İnşallah, sentyabrın 2-dən 7-dək Malayziyada böyük bir festival var, orada iştirak edəcəyik. Noyabrda isə Londona səfərimiz gözlənilir”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər