29 May 2014 17:10
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhşur amerika aktyoru Anjelina Coli pərəstişkarlarına yeni film təqdim olunur.

Bu barədə məlumat Teleqraf.com- a Nizami Kino Mərkəzindən verilib. Mayın 29-dan etibarən kinoteatr Linda Vulverton və Co Rinaldinin ssenariləri əsasında rejissor Robert Stromberqin ekranlaşdırdığı “Malefisenta” və Nikolas Stollerin “Qonşular” filmlərinin nümayişinə başlayıb.

Ailəvi, fentezi, döyüş və melodram janrında çəkilmiş “Malefisenta” filmini tamaşaçılar türk dilində 3 D formatında izləyə biləcəklər.

Nağıl məxluqlarının əhatəsində meşədə yaşayan gözəl, təmiz ürəkli Malefisenta adlı sehirbaz qız çox sakit həyat tərzi keçirir. Günlərin birində meşəyə daxıl olan insanlar oranı darmadağın edirlər . Ona xəyanət edilir və Malefisentanın yumşaq qəlbi daşa dönməyə başlayır. İntiqam hissi ilə yanan sehirbaz qız qəddar kralın yeni doğulmuş övladı Avroranı lənətləyir. Amma, Avroranın böyüməyini müşahidə edən Malefisenta, ona qarşı etdiyi tilsimə şübhə ilə yanaşmağa başlayır. Çünki, təkcə Avroranın krallığa və meşəyə xöşbəxtlik və əminəmanlığı qaytara biləcəyini başa düşür.

Filmdə Malefisenta rolunu məhşur amerika aktrisası Anjelina Coli canlandırıb.

Növbəti, rejissor Nikolas Stollerin Endrü Koenin ssenarisi əsasında çəkdiyi “Qonşular” filmi komediya janrındadır.

Xoşbəxt ailə arzusunda olan filmin baş qəhrəmanı, onunla bütün həyatını keçirmək istəyən xəyallarının qadını tapır və evlənir. Uşaqları dünyaya gəldikdən sonra həyatları əsil nağıla çevrilir. Həyatlarından tam zövq aldıqları zaman, qonşu binaya tələbə yataqxanası köçür və hər şey dəyişir. Gənc tələbələrin keçirdiyi həyat tərzinin ucbatından ailəli qonşuları ilə aralarında əsil müharibə başlayır.

Baş rollara ulduzu yeni parlayan Zak Efron, Set Roqen, Rouz Birn, Eliz Varqas və başqaları çəkilib.

Nərmin


Müəllif: