24 Sentyabr 2015 14:16
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ailəmi sənətə qurban verdim deyən aktrisaların sözlərinə inanmıram”. Bunu Teleqraf.com-a əməkdar artist Kəmalə Müzəffər bildirib.

O qeyd edib ki, aktyorluq sənətinin digər sənətlərdən fərqi yoxdur: “Onlar heç nəyi qurban vermirlər və yalançı ideyalarını yeridirlər. Aktrisa da digər sənət nümayəndələri kimi səhər gedib, axşam evinə, ailəsinin içinə gəlir. Sadəcə özlərinə haqq qazandırmaq üçün əməllərinə o cür don geyindirirlər. Mən sənətimi qurban verdim, ailəmi qurban verdim kimi düşüncələr yalan sözlərdir. İnanın ki, heç nəyi qurban vermirlər. Öz axmaq hərəkətləri ilə nə isə əldə edə bilmədikdə yalandan deyirlər ki, nəyisə qurban veriblər. İnsan qurban verəndə bilmir ki, sabah özü qurban olacaq. Bu fikirlər ağıllı sənət adamlarının açıqlaması deyil. Dünyada boşanmaq yalnız sənət adamlarına aid olsaydı, onların fikri ilə razılaşardım. Amma hər sənətin nümayədələrində bu hal yaşanır”.

Qeyd edək ki, əməkdar artistin üç övladı və yaxşı ailəsi var.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər