7 Oktyabr 2015 16:00
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın Lissabon şəhərində keçiriləcək “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalında xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr departamentindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin dəstəyilə baş tutacaq ekspozisiya 8-17 oktyabr tarixlərini əhatə edir.

Məlumat üçün bildirək ki, 2007-ci ildən etibarən “Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu”nun təşkilatçılığı ilə ənənəvi olaraq hər il “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalı keçirilir. Dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər. Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Portuqaliyanın Lissabon şəhərində keçirilib. Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə əməkdar rəssam Sakit Məmmədov, 2012-ci ildə Rəşad Mehdiyevlə gənc rəssam Məryəm Ələkbərli, 2013-cü ildə Namiq Məmmədov, 2014-cü ildə isə xalq rəssamı Tahir Salahov və Sakit Məmmədovun rəhbərliyi ilə bir qrup rəssam Azərbaycanı bu festivalda təmsil edib. Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən ölkəmizi təmsil edən rəssamlar müxtəlif nominasiyalar üzə birinci mükafata layiq görülüblər.

Nərmin


Müəllif: