7 Oktyabr 2015 21:45
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müəllifin qonorar almaq hüququ bizim Gildiyanın üzvü olub-olmamağından asılı deyil. Sən əgər ardıcılıq müəllifsənsə, əsərlərin nümayiş olunursa, o zaman bizdən qonorar tələbetmə haqqın var. Üzv olmaq sadəcə məsuliyyətdir". Bu sözləri qəzetimizə açıqlamasında Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev deyib. Onun sözlərinə görə, ölkədə yaşayan bütün müəlliflər Kinorejissorlar Gildiyasına üzv ola bilər: "Hazırda 150 üzvümüz var. Varislərlə birgə 200-dən çoxdur. Biz əsərlərin nümayişindən qonorarları yığıb, onları bölüşdürürük. Fəaliyyətimiz tam davam edir. Əvvəllər müəllif hüquqlarını necə qoruyurduqsa, müəllif hüquqlarına nəzarəti necə həyata keçirirdiksə, müəlliflərə necə kömək eləyirdiksə, indi də elə davam eləyirik. Bizim iş mexanizmimizdə dəyişiklik yoxdur. Yenə hüququ pozuntuları olur.

Əvvəllər olduğu kimi indi də müəllif hüququnun pozulduğu faktını görəndə ilk növbədə həmin şəxslərə, istifadəçilərə müraciət eləyib əməkdaşlıq təklif edirik və çox vaxt müsbət nəticə alırıq. Problem də aradan qalxır. Uzun illərdir ki, Azərbaycan televiziyaları ilə məhkəmə çəkişmələrimiz var idi. Sevindirici haldır ki, artıq belə halların qarşısını ala bilmişik. İndi Azərbaycan telekanalları müəlliflərin hüquqlarını nadir hallarda pozur. Amma əlbəttə ki, belə bir nəticəyə nail olmaq üçün çox uzun bir yol gəlməli olduq. Elə vaxtlar var idi ki, eyni vaxtda bir neçə məhkəmədə çəkişmələrimiz olurdu. Son vaxtlar isə iki əsas problemlə qarşılaşmışdıq. Biri kabel televiziyaları ilə bağlı idi ki, bu həllini tapdı. O biri isə "İnter.az" televiziyası ilə bağlıdır. Həmin kanal bir neçə ildir ki, milli filmlərimizi nümayiş etdirir və heç bir qonorar ödəmir, müəlliflərin hüquqlarını kobud şəkildə pozur. Bununla bağlı onlara neçə dəfə müraciət etmişik. Amma hələki, bir nəticə yoxdur. Amma bu işin sonuna qədər gedəcəyik".

Nərmin


Müəllif:

Oxşar xəbərlər