15 Oktyabr 2015 15:24
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Hacı İsmayılov Nuriyyə Əhmədovanın dəfn mərasimində iştirak edə bilməyib.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, həmin gün serial çəkilişlərində olub. Onun sözlərinə görə, xalq artistinin cümə axşamlarının birində ailəsinə baş çəkəcək: “Nuriyyə dəfn edilən günü iki məkanda serial çəkilişlərim vardı. Çəkilişlər axşam saat 9 radələrində qurtardı. O vaxt kimin qapısının döyə bilərdim? Ona görə də gedə bilmədim. Cümə axşamlarının birinə gedəcəm. Bu gün gedəcəyimi dəqiq deyə bilmərəm. Çünki Teatr Xadimləri İttifaqında tədbirimiz var, tez bitsə, gedəcəm. Allah rəhmət eləsin! Çox yaxşı insan, aktrisa və tərəf-müqabili idi. Amma həyatda bəxti gətirmədi. Münasibətlərimiz çox yaxşı idi, bacı-qardaş kimi idik. Bir-birimizə böyük hörmətimiz vardı. Bayramlarda telefon vasitəsilə əlaqə saxlayırdıq. Daha çox da Nuriyyə xanım zəng edib bayramımızı təbrik edirdi”.

Qeyd edək ki, Hacı İsmayılov və Nuriyyə Əhmədova birlikdə rol aldıqları “Həm ziyarət, həm ticarət” filmindən sonra tanınmağa başlayıblar.

Rəqsanə


Müəllif: