Noyabrın 11-də “Flame Towers Parc Cinema”da “İki tüstü” komediya filminin qala gecəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, filmin rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifi isə Səməndər Rzayevdir. Filmdə Nəriman Abdul-Əliyev, Diana Babayeva, Səməndər Rzayev, Tamilla Alverdiyeva, Həcər Ələkpərova, Vüsal Haci-Qədir, Elsevər Mehdizadə, Sumiyə Fərraz ,Kənan Tahirov, Arif Quliyev, İradə Vəliyeva,Nigar Əliyeva,Rəna Ağamuradova, Bahəddin Tağizadə,Hüseyn Rəhimov, Orxan Salahov, Şəhriyar Nağıyev və s. çəkiliblər.
“İki tüstü” noyabrın 12-dən etibarən kinoteatrlarda yayımlanacaq.
Rəqsanə