29 Oktyabr 2015 16:31
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızı noyabrın 7-də keçiriləcək yubiley tədbirinə hazırlıqdan danışıb.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, gecəyə əcnəbi ölkələrdən də dostları gələcək: “Moskvadan, Gürcüstandan, Amerikadan dostlarım gələcək. Mənə sürpriz etmək istəyirlər. Qonaqlar çoxdur, amma mən heç kəsə dəvətnamə göndərməmişəm. Afaqsevərlər çox olduğuna görə mən onlara yer tapa bilmərəm. Mənim öhdəmə düşən vəzifə o günü layiqli şəkildə başa çatdırmaqdır”.

Xalq artisti yubileyə görə həyəcanını da gizlətməyib: “Saat 10-da teatrda oluram, məşq edirik. Məndə hər zaman həyəcan var. Heç vaxt nöqsanlı olmaq istəməmişəm, məsuliyyət hiss etmişəm, yaxşıların yaxşısı olmağa çalışmışam. Şüarlarla deyil, öz işimlə gündəmdə olmaq istəmişəm. İşimin bəhrəsini də tamaşaçılarımdan görmüşəm”.

Rəqsanə


Müəllif: