30 Oktyabr 2015 13:20
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan “Mədəniyyət.az” jurnalının növbəti sayı çapdan çıxıb. Teleqraf.com xəbər verir ki, nəşrin adı da, konsepsiyası da tamamən yenilənmiş, yeni simada, yeni məzmunda, yeni tərtibatda təqdim olunmaqdadır.

Jurnalın yeddinci sayında Şəki “İpək yolu” və Qəbələ Musiqi festivalları çərçivəsində əsərləri səslənən istedadlı musiqiçi Cahangir Qarayevə həsr olunan məqalələr, tariximizin qəhrəmanlıq və matəm səhifələrini andıran yazılar, mətbuatımızın 140 illik yubileyi çərçivəsində nazirliyin həyata keçirdiyi tədbirlər, MTRŞ sədri Nuşirəvan Məhərrəmli ilə müsahibə yer alır. Bundan başqa oxuculara Azərbaycan Televiziyasının “Məclisi-üns” verilişinə bir baxış, Seyid Əzim Şirvanı yadigarları, ilk professional qadın bəstəkarımız Ədilə xanım Hüseynzadə, unudulmaz Vasif Adıgözəlov, gözəl alimimiz Tofiq İsmayılov, heykəltəraş Cəlal Qaryağdı haqqında məqalələr təqdim olunur.

Jurnalda həmçinin ölkəmizi uzaq Nyu-Yorkda təmsil edən mədəniyyət mərkəzimiz barədə qeydlər, elmdə, artıq öz sözünü demiş və ilk addımlarını atan həm yerli, həm əcnəbi alimlərin araşdırmalarına da rast gəlmək mümkündür.

Nərmin


Müəllif: