4 Noyabr 2015 16:17
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair Əliağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirak edəcəyi tədbirdə Ə.Vahidin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

Habelə, şairin qəzəllərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.


Müəllif: