18 Dekabr 2015 01:15
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altı il əvvəl vəfat etmiş amerikalı pop-musiqiçi Maykl Ceksonun məşhur “Thriller” musiqi albomu ABŞ-da 30 milyon tirajla satılan ilk plastin olub. Bu barədə Amerikanın səsyazma kompaniyaları assosiasiyası məlumat verib.

Assosiasiya artıq 6 ildir plastinlərə “qızıl” və “platin” statusu verir. Səsyazma kompaniyaları assosiasiyasının versiyasına görə, albom “qızıl” statusu qazanmaq üçün 500 min tirajla satılmalıdır. “Platin” statusu isə satışları 1 milyon nüsxəni keçən albomlara verilir. “Thriller” albomu isə tarixdə ilk dəfə olaraq 30 milyon nüsxəlik tirajı keçib.

1982-ci ildə işıq üzü görən “Thriller” tənqidçilər tərəfindən tarixin ən görkəmli pop-albomu hesab olunur. “Pop-musiqisi kralı”nın “Billie Jean”, “Beat It” və plastinə ad verən “Thriller” sinqllarının daxil olduğu albomun satışları artıq 1984-cü ilədək təkcə ABŞ-da 20 milyon nüsxəni keçmişdi. Assosiasiyanın məlumatına əsasən, hazırda onun bütün dünyadakı satışları 100 milyon nüsxə təşkil edir.

“Thriller”, həmçinin “mədəni və tarixi əhəmiyyətə malik səs yazısı” kimi ABŞ konqresi kitabxanasının milli reyestrinə, eyni adlı mahnıya çəkilən klip isə Amerikanın milli film reyestrinə daxil olunub.

Xatırladaq ki, 15 “Grammy” musiqi mükafatının sahibi Maykl Cekson 2009-cu il iyunun 25-də 50 yaşında vəfat edib. Onun ölümü şəxsi həkiminin səhvi ucbatından baş verib.


Müəllif:

Oxşar xəbərlər