29 Fevral 2016 23:37
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində "Bozbash pictures" komandasının çəkdiyi "Axırıncı yol" komediya filminin təqdimatı olub.

Filmin prodüseri və aktyoru İlkin Həsəni Teleqraf.com-la təəssüratlarını bölüşüb: "Filmin çəkilişləri iyun ayından başladı. Belə ki, çox məsuliyyətli, ağır bir işə başladıq. "Axırıncı yol" çox çətin yol oldu. Elə bilirdik ki, yolumuz ancaq hamar olacaq. Çuxura düşdük, problemlər yaşadıq. Amma o problemləri həll etdik. Böyük çəkiliş heyətimiz vardı. Film Bakı və İsmayıllıda çəkilib və martın 1-dən bütün kinoteatrlarda nümayiş olunacaq".

"Axırıncı yol" filmində "Bozbash pictures" komandası çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Emil Abdullayev, prodüseri isə İlkin Həsənidir.

Rəqsanə

Fotolar Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər