İsveçrənin Bazel şəhərində 11-ci “Cinema Querfeld” film festivalı keçirilib. Festivalda Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” Assosiasiyasının təşəbbüsü ilə rejissor Elçin Musaoğlunun “Nabat” filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl “Azərbaycanın dostları” Assosiasiyasının sədri Arzu Bodmer çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Dağlıq Qarabağ bölgəsinin tarixi və mədəniyyəti barədə qonaqlara məlumat verib.
Sonra filmin əsas ideyası və çəkiliş prosesi ilə bağlı rejissor Elçin Musaoğlunun fikirləri dinlənilib.
Filmin nümayişindən sonra tamaşaçılarla festival nümayəndələri arasında fikir mübadiləsi aparılıb və ekran əsərinin iştirakçılar tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib.
Xatırladaq ki, 2015-ci ildə 27 inteqrasiya layihəsi arasında 3-cü yerə layiq görülmüş bu festival diaspor təşkilatları və isveçrəlilərlə birlikdə hazırlanır. Filmlər çəkildiyi dildə, almanca alt yazılarla tamaşaçılara təqdim edilir.
AZƏRTAC