Xalq artistləri Rasim Balayev və Fuad Poladov eyni filmdə rol alacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə filmin geyim üzrə rəssamı Mehriban Əfəndi şəxsi “İnstaqram” hesabında məlumat verib.
Xalq artistlərinin ssenari oxunuşundan fotoları paylaşan Mehriban xanım bunları yazıb:
“Azərbaycanın Babəki və Nəsimisi yeni filmdə. Fuad Poladov üçün darıxanlar, yeni film gəlir. Tezliklə…”
Rasim Balayev Teleqraf.com-a açıqlamasında filmin özəl studiyada istehsal olunacağını deyib: “Təklif var, görək nə olacaq... Filmin özəl studiyada istehsalı nəzərdə tutulur. Fuad Poladovun da filmdə çəkilməsi ehtimalı var. Amma hələ dəqiqləşməyib, dəqiqləşəndə deyərik. Çünki çox vaxt ssenarini oxuyub, razılığımızı veririk, amma son anda hər şey dəyişir”.
“Bəs rolunuz ürəyinizcədirmi” sualını Rasim Balayev belə cavablandırıb: “Çətin sual verirsiz...”
Nərmin