5 İyun 2015 15:39
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Avropa Oyunları Əməliyyat Komitəsi “Fox Sport Afrika” teleyayım şirkəti ilə müqavilə imzalayıb. Bununla da birinci Avropa Oyunları Afrika qitəsinin 25 dövlətində yayımlanacaq.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, ərəb dövlətləri yayım birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin Bakı-2015-i izləməyinə imkan verir. Bu gün imzalanan saziş isə Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına təkan verəcək.

Kabel televiziyası olan “Fox Sport Afrika” yarışları, eləcə də açılış və bağlanış mərasimlərini Fox Sport və Fox Sport-2 kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Bu müqavilədən sonra Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatdı. Bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq.

Yeni yayım müqaviləsi ilə bağlı Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və kommersiya cəhətdən inkişaf edən bazardır. Bu tədbir, Birinci Avropa Oyunları olduğu üçün yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin Bakı-2015-ə yeni tərəfdaşımız “Fox Sport Africa” yayım şərkəti də daxil olmaqla, dünya yayımçıları tərəfindən böyük maraq göstərilməsindən şadam. Açılış mərasiminə bir həftə qalmış, Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə möhtəşəm hisslər yaşadır”.

“Fox Sport Africa” televiziya şirkətinin kanallar üzrə direktoru Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bildirib: “Biz izləyicilərimizə hər zaman yeni və maraqlı idman tədbirləri təqdim etməyə çalışırıq. Bakı-2015 Avropa Oyunlarının Afrikada da böyük maraqla izlənəcəyinə şübhəm yoxdur. Elit idman tədbiri beynəlxalq marağa sahib olur. Biz dünya idman tarixinin yeni və önəmli tədbirinin bir qolu – Bakı-2015-in tərəfdaşı olmaqdan qürur duyuruq”.


Müəllif:

Oxşar xəbərlər